Qısa məzmun
Azərbaycan Beynəlxalq Bank Data üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Data warehouse-ların və data mart-larının dizaynı, modelləşdirilməsi, optimallaşdırılması və onlara dəstək xidmətlərinin verilməsi;
- Bankın müxtəlif məlumat bazalarınından və sistemlərindən (mənbələrdən) məlumatların toplanılması, transformasiyası və “Business intelligence” alətlərində istifadə üçün hazır vəziyyətə gətirilməsi;
- ETL və digər data mühəndisliyi alətlərinin konfiqurasiyası və onlara dəstək xidmətlərinin verilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali texniki və ya iqtisadi təhsilli;
- ETL alətlərinin istifadəsində geniş təcrübəyə (ODİ biliklərinə üstünlük verilir);
- SQL üzrə dəring biliklərə (Oracle PL/SQL biliklərinə üstünlük verilir);
- Məlumat bazalarının qurulması və modelləşdirilməsində geniş təcrübə;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- R və ya Python üzrə baza bilikləri olan;
- Big Data konseptləri üzrə baza biliklərinə sahib olan şəxsdir.
Axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Data üzrə mühəndis” olaraq göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...