Qısa məzmun
Unibank Kommersiya Bankı Verilənlər Bazasının Administratoru – Database Administrator (Postgresql, Mongodb) vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l586yui2
Təsvir
- Yeni verilənlər bazasını yaratmaq;
- Əsas baza obyektlərini (table, cluster, sequence, packages, procedures və.s) idarə etmək;
- İstehsal qabiliyyətinin monitorinqini, optimallaşdırılmasını və tuninqini həyata keçirmək;
- İstifadə olunan məlumat bazalarını və alətləri yükləmək və ya cari versiyanı yeniləmək;
- Proqramlar arasında baza resurslarının optimal bölgüsünü təşkil etmək;
- Resurslardan daha çox istifadə edən prosesləri/obyektləri müəyyən edib optimallaşdırmaq;
- Verilənlər bazasının ehtiyat surətini planlaşdırılmış qaydada çıxarmaq;
- Verilənlər bazasını ehtiyat bazadan bərpa etmək;
- Standby(Replika) bazalarda məlumatları aktual vəziyyətdə saxlamaq;
- Məlumat bazalarında yaranan xətaları təsbit etmək, bu bildirişlərin avtomatık göndərilməsini təmin etmək;
- Mövcud və yeni təhlükəsizlik tədbirlərini öyrənmək və tətbiq etmək;
- Mümkün təhlükəsizlik riskləri barədə rəhbərə məlumat vermək;
- Verilənlər bazası obyektlərinin dəyişdirilməsinin analiz edilməsinə kömək etmək;
- Test, təlim və digər məqsədlər üçün yeni bazalar yaratmaq;
- Tətbiq olunan proqramların performasını artırmaq məqsədi ilə SQL sorğuların optimallaşdırılması, indekslərin istifadəsi və bölümləmə işlərini həyata keçirmək;
- Verilənlər bazası və yardımçı alətlərin, proqramların işində yaranan nasazlıqları aradan qaldırmaq;
- Bankın cari işinin və lahiyələrini nəzərə alaraq verilənlər bazasının həcmini daim aktual tələblərə cavab verməsini təmin etmək;
- Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara, AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyinə uyğun həyata keçirmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Postgresql və/ və ya Mongodb bazalarında iş təcrübəsi olması arzuolunandır;
- Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel, Outlook, Oracle, Unix), Şəbəkə bilikləri, İnternetdə işləmə bacarığı);
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmalı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- QL və shell scripting biliyi mütləqdir;