Qısa məzmun
AzəriMed QSC Database Administrator vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət linki: https://qlor.me/lw0a5i0fpk ref=”nofollow noopener”
Vəzifə öhdəlikləri:
- Verilənlər bazalarına aid olan bütün problem və nasazlıqların aradan qaldırılması;
- Məlumat bazalarının dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə nəzarət edilməsi;
- Verilənlər bazalarının audit olunmasını təmin etmək;
- Verilənlər bazaları üzrə performansın idarə edilməsi və daim optimizasiya işlərinin görülməsi;
- Yeni qurulmuş və mövcud bazalar üzrə ehtiyat nüsxələmə strategiyasının hazırlanması və problem yaranan zaman ehtiyat nüsxələrdən bazanın bərpa edilməsi;
- Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi;
- Server level, Database level, T-SQL query level performance tuning-in edilməsi;
- Ona həvalə olunmuş İT infrastrukturunun və ya onun elementinin səmərəliliyin artırılması üçün yeni üsullar və həllər axtarmaq və inkişaf etdirmək;
- Vəzifələrin daha yaxşı yerinə yetirməsinin təşkili üçün İT Departamentinin bitişik bölmələrinin əməkdaşları ilə əlaqə saxlamaq;
İş şəraiti:
- İş qrafiki: 08:30-17:30
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunur.
Tələblər:
- Təhsil: Ali təhsil (İT sahəsində olması üstünlükdür`;
- Yaş:28-40;
- Dil biliyi: İngilis dil biliyi mütləqdir(texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar);
- Təcrübə: Korporativ seqmentdə Verilənlər Bazası və Sistem üzrə inzibatçı vəzifəsində 3 ildən artıq iş təcrübəsi;
- Microsoft Windows Server OS və MS SQL ilə bağlı bilik və təcrübə mütləqdir;
- Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi;
- Veb serverlərləri ilə (IIS, Apache, NginX) iş təcrübəsi;
- Şəbəkə bilikləri – OSI layer, IP Subnetting;
- Virtual şəbəkələrin qurulması prinsiplərinin anlaşılması və Monitorinq sistemləri ilə işləmək bacarığı;
- İnformasiya təhlükəsizliyinin prinsiplərini və əsaslarını bilmək;