Qısa məzmun
Xalq Bank şirkəti Daxili Audit İdarəsinin auditoru vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Daxili nəzarət və risklərin idaəre dilməsi prosedurlarını yoxlamaq, təhlil etmək və qiymətləndirmək;
- İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi və bu sistemlərin adekvatlığının və effektivliyinin artırılması məqsədilə tövsiyələr vermək;
- Bankın fəaliyyətinin effektivliyini və xərclərin səmərəliliyini qiymətləndirmək;
- Risklərin idarə edilməsi metodologiyasının tətbiqini və effektivliyini təhlil etmək;
- Muhasibat yazılarının (sənədlərin) və maliyyə hesabatlarının dəqiqliyini və etibarlılığını yoxlamaq.
Tələblər
- Ali magistr təhsili (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
- Bank sahəsində minimum 3 illik təcrübə;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”);
- Azərbaycan dilini mükəmməl, Rus və İngilis dilini yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcəkdir;
- Mühasibat Ucotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi;
- Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər;
- Bank və risklərin idarəolunmasına dair biliklər;
- Bank əməliyyatlarının bütün aspektləri ilə bağlı ümumi biliklər;
- Əldə olunan məlumatların qorunmasında və saxlanmasında sayıq olmaq;
- Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
- Məsuliyyətlilik;
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Hesabatın hazırlanması və yazılması bacarığı;
Oxşar vakansiya siyahısı:
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
450₼
Kredit mütəxəssisiƏmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...