Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect Daxili Audit üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Müstəqil və nəzarət olmadan işləmə bacarığı olmalıdır.
Vakansiya haqqında
Şirkət : Azerconnect
İdarə : Korporativ Audit və Komplayns
İş qrafiki : Standart
Müqavilə müddəti : Daimi
Son müraciət tarixi : 06.04.2020
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Şirkətin biznes proseslərini, sistem və daxili nəzarət mexanizmlərini və əməliyyatlarını dərindən analiz etmək;
- Audit olunan proseslərin idarə olunmasında iştirak edən işçilərlə müsahibələr keçirtmək və başqa bu kimi audit proseslərini icra etmək, biznes proseslərinin və nəzarət mexanizmlərinin effektivliyini yoxlamaq;
- Daxili audit siyasətinə uyğun olaraq müvafiq audit sənədlərini hazırlmaq və saxlamaq;
- Daxili audit departamentinin rəhbər vəzifəli şəxslərinə informasiyanı toplamaq və audit hesabatının hazırlanmasında kömək etmək;
- Audit üzrə baş mütəxəssisə audit olunan sahələrdə aşkar olunmuş nöqsanları bildirmək və müvafiq audit tövsiyələrini təklif etmək;
- Peşəkar sertifikatlar almaq, təlimlərdə iştirak, fərdi öyrənmə və s. üsullarla texniki bacarıq və bilikləri davamlı şəkildə inkişaf etdirmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Maliyyə, İqtisadiyyat və digər əlaqəli ixtisaslarda universitet təhsilinin mövcudluğu;
- Daxili audit, maliyyə auditi və digər əlaqəli sahələrdə ən azı 2-3 il iş təcrübəsi (Böyük Dördlük şirkətlərində təcrübə üstünlükdür);
- Əlavə sertifikatların (CIA, CFE və ya ACCA) mövcudluğu üstünlükdür.
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Güclü təhlil, detallara diqqət yetirmə və informasiya toplama bacarığı;
- Müstəqil və nəzarət olmadan işləmə bacarığı;
- Daxili nəzarət mexanizmləri, proseslərin yoxlanılması və qiymətləndirilməsi biliyi və bacarığı;
- Risk və nəzarət konsepsiyalarının dərindən başa düşülməsi;
- Biznes proseslərin dərindən başa düşülməsi
- Problemləri həll etmə qabiliyyəti;
- Azərbaycan və ingilis dillərinin səlis bilinməsi (rus dili əlavə üstünlükdür);
- Telekommunikasiya sektoru haqqında biliklərin mövcudluğu üstünlükdür;
- Microsof Office proqramlarının bilinməsi.
Müraciət etmək üçün
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Daxili Audit üzrə Aparıcı Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...