Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bakı Fond Birjası Daxili Auditor vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dillərini bilməlidir.
Bakı Fond Birjası – Daxili Auditor vakansiyası elan edir
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, fərdi və korporativ dəyərlər yaratmaq istəyən, ən əsası isə inkişaf etməkdə olan sektorun bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Daxili nəzarət sistemlərinin effektivliyinin və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
- Risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurlarının tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
- Aktivlərin qorunması sistemlərinin yoxlanılması və qiymətləndirilməsi;
- Risk ehtimalı ilə əlaqədar kapitalın yoxlanılması və qiymətləndirilməsi;
- Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi;
- Qayda və prosedurların həyata keçirilməsi, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
- Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi;
- Elektron informasiya sistemlərinin fasiləsizliyinin və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
- Qəbul olunmuş qərarların icrasının təftişinin və auditinin aparılması;
- Maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının yoxlanılması və qiymətləndirilməsi;
- Korporativ idarəetmə prosesini qiymətləndirilməsi və təkmilləşdirilməsinə dair tövsiyələrin verilməsi;
- Uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyinə icra və nəzarət sisteminin yoxlanılması və qiymətləndirilməsi;
- Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
- Verdiyi tövsiyələrin icrasına nəzarətin həyata keçirilməsi;
- Müşahidə Şurası və Audit Komitəsi tərəfindən verilmiş digər tapşırıqların icrasının təmin edilməsi;
- Audit sübutları və işçi materiallarının arxivləşdirilməsi.
Vakant vəzifə üzrə tələblər:
- İqtisadi/hüquqi ali təhsil;
- Maliyyə sektorunda minimum 3 il iş təcrübəsi;
- Ofis proqramları və 1C proqramında işləmək bacarığı;
- Beynəlxalq daxili audit standartları və yerli qanunvericilik ilə tanışlıq;
- Analitik təhlil və prosesləri qiymətləndirmə/optimallaşdırma/test etmə bacarıqları;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Hesabat/Təqdimat hazırlanması və yazı bacarıqları;
- Qiymətli Kağızlar sahəsində və ya beynəlxalq audit şirkətlərində çalışan, eləcə də beynəlxalq maliyyə sertifikatları olan namizədlərə əlavə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini info@bse.az elektron ünvanına göndərə bilərlər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...