Daxili auditor
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

General Supply LLC Daxili auditor vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək;
  • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq;
  • Mühasibat uçotu yoxlamalarının aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının “Qanunvericilik və Beynəlxalq standartlara” uyğun olaraq yoxlanılması və təhlili;
  • Təşkilat daxilində risklərin idarə edilməsi və idarəetmə proseslərinin qiymətləndirilməsində iştirak etmək;
  • Daxili audit yoxlamaları zamanı yoxlanılan sahə üzrə prosesləri öyrənmək və audit yoxlamaları üçün lazım olan sənədləri əldə etmək;
  • Risk dəyərləndirilməsi aparmaq və mövcud risklərin aradan qaldırılması istiqamətində işlər görmək;
  • Potensial riskləri minimuma endirmək üçün maliyyə məlumatlarını təhlil etmək;
  • Təsdiq olunmuş plana əsasən monitorinqlərin və yoxlamaların aparılması;
  • Biznes proseslər haqqında məlumatları təhlil etmək və auditini aparmaq ;
  • Proseslər haqqında məlumat toplamaq, proseslərin qanunvericiliyə, müvafiq normativ hüquqi aktların tələblərinə, daxili qaydalara, təlimatlara və prosedurlara əməl olunmasının yoxlanılması və qiymətləndirilməsində iştirak etmək;
  • Mövcud prosedurların təkmilləşdirilməsi istiqamətində işlər görmək;
  • Aparılmış auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsində iştirak etmək;
  • Şirkətdə risk idarə edilməsinin inkişafına aid təkliflərin irəli sürülməsi, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirilməsi;
  • Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarət;

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq ixtisas üzrə azı 5 il iş təcrübəsi;
  • Audit standartları, daxili nəzarət və risklərin qiymətləndirilməsi metodologiyaları haqqında biliklər;
  • Audit prosedurlarını həyata keçirmək üçün biznes proseslər üzrə biliklərin olması;
  • Beynəlxalq standartların (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar;
  • Kompyuter bilikləri: Microsoft Office (Word, Excel-əla); 1C proqramı ilə işləmək bacarığı;
  • Dil bilikləri- azərbaycan dili-əla; ingilis dilini-yaxşı,
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
  • Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Daxili auditor yazmaqla cv@gsupplyllc.com elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı