Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Italdizain Group Daxili Auditor vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dilini yaxşı bilmək
Vəzifəyə aid olan tələblər:
- Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
- Auditor sahəsində ən azı 3 illik təcrübəyə malik olmaq;
- Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
- Əla yazılı və şifahi nitqə malik olmaq;
- Excel proqramını yüksək səviyyədə bilməli;
- 1C 7.7-8.2 və ya başqa mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
- Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
- Əla ünsiyyət qurmaq, komandada işləmək bacarığı;
- Təşəbbüskarlıq, məsuliyyət, məsələyə hər tərəfli yanaşma və yenilikləri qəbul etmək bacarığı;
- Azərbaycan dilini səlis bilmək, ingilis və rus dilini yaxşı bilmək
Vəzifə öhdəlikləri:
- Audit Planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi, keçiriləcək audit yoxlamalarının təşkil edilməsi;
Maliyyə şöbəsində olan bütün struktur bölmələrin və ayrı-ayrı əməkdaşların icra etdiyi əməliyytların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə risk əsaslı daxili nəzarətin təşkili, mütamadi olaraq yoxlamaların aparılmasını təmin etmək; - Maliyyə şöbəsinin əməkdaşıları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlaının tələblərinin pozulması faktlarını tədqiq etmək, uyğunsuzluqların və ya saxtakarlıq əlamətlərini aşkara çıxarmaq;
- Aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyələr işləyib hazırlamaq;
- Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin etmək;
- Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat vermək;
- Müvafiq Audit iş planına əsasən yoxlamaların aparılması əsasında hazırlanmış hesabatların Maliyyə Direktoru və şirkətin rəhbərliyi ilə müzakirənin təşkili və tövsiyələrin verilməsi;
- Maliyyə şöbəsinin və maliyyə şöbəsi ilə işləyən digər şöbələrin əməkdaşları tərəfindən normativ aktlar, qanunvericilik və daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət etmək;
- Mühasibat uçotu və hesabat sisteminin adekvatlığını yoxlamaq və təhlil etmək;
- Şirkətin maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq və təhlil etmək;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Vergi ödənişlərinə nəzarət etmək, vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
- Yeni şirkətdaxili siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin etmək.
Oxşar vakansiya siyahısı:
Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
450₼
Kredit mütəxəssisiƏmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...