Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Daxili Auditor vəzifəsi üzrə vakansiya elan edir. 1C proqramı üzrə biliklər tələb olunur.
Vəzifə öhdəlikləri:
- Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirməsi;
- Əsaslı analitik prosedurlarını həyata keçirilmək və rəhbərliyə məruzə etmək
- Daxili nəzarət sistemlərinin uyğunluğu barədə rəy bildirmək
- Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək
- Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək
- Müvafiq audit hesabatların hazırlanması;
- Auditlə bağlı digər tapşırıqların həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil dərəcəsi
- Audit sahəsində iş təcrübəsi – 1 ildən;
- Microsoft Office – təcrübəli istifadəçi;
- Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər
- Daxili Audit, Beynəlxalq Peşəkar Təcrübələr Çərçivəsi və Etik Məcəllə haqda kifayət qədər biliklər və anlayışlara malik olmaq
- Komanda şəklində iş bacarığı;
- Güclü analitik bacarıqları;
- Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
- İş ilə bağlı səyahət etmək imkanı
Arzu olunan tələblər:
- 1C proqramı üzrə biliklər
- Excel proqramı üzrə yüksək səviyyədə biliklər
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...