Qısa məzmun
ATB Bank Daxili Nəzarət Departamentinin Daxili nəzarət və frod halların araşdırılması şöbəsinin rəisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Bank fəaliyyətinin bütün sahələrində qanun pozuntusu (dələduzluq, mənimsəmə və s.) hallarının aşkarlanması və araşdırılması tədbirlərini həyata keçirmək;
- Bankın baş ofis və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmaların təşkil edilməsi;
- Frod hallarının aşkar edilməsi və araşdırılması üzrə işin təşkil edilməsi;
- Frod hallarının aşkarlanması üzrə mexanizmlərin işlənib hazırlanması;
- Rüblük, yarımillik və illik hesabatların hazırlanması.
Tələblər
- Ali iqtisadi təhsil;
- Azərbaycan dili səlis olmalı (rus və ingilis dili bilikləri arzuolunandır);
- Bank sahəsində minimum 5 il. nəzarət və ya audit sahəsində 3 illik iş təcrübəsi;
- Yaxşı səviyyədə MS Excel bacarığı (SQL və Power BI bilikləri üstünlük hesab olunur);
- CİA, CFE sertifikatlarının olması arzuolunandır;
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə biliklər;
- Frod əməliyyatları barədə anlayışlar;
- Analitik təhlil qabiliyyəti, məsuliyyətlilik, komandada işləmək bacarığı.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...