Daxili nəzarət üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Daxili nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Regionlarda yerləşən müəssisələrdə və baş ofisin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
  • Cəmiyyətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirilməsi;
  • Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərin tələblərinə uyğunluğunu və yayınmalarını qiymətləndirilməsi;
  • Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
  • Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
  • Daxili qayda və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
  • Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
  • Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
  • Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflər verir.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit sahəsi üzrə);
  • Analoji sahədə ən azı 1 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
  • Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilmək arzuolunandır;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Müntəzəm olaraq regionlara işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz:

Link: https://jobsearch.az/vacancies/mkt-istehsalat-kommersiya-mmc-daxilii-nezaret-uzre-mutexessis

Oxşar vakansiya siyahısı:

Daxili nəzarət və təftiş üzrə mütəxəssis

RAM Holding Daxili nəzarət və təftiş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

RAM Holding

19.09.2024 - Bakı

500₼
Kredit üzrə mütəxəssis

Ə/h 500 AZN + Bonus. Emsan Kredit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır. ...

Emsan

19.09.2024 - Bakı

Mühasib

Focus Optika Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Focus Optika

18.09.2024 - Bakı

Mühasib

Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Barkod Electronics

10.09.2024 - Bakı

1200₼
Aparıcı Mühasib

Pro Con İPro Con İzo Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

27.08.2024 - Bakı

Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

27.08.2024 - Bakı

1200 — 1500 ₼
Maliyyə mütəxəssisi

Super Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

21.08.2024 - Bakı