Qısa məzmun
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Ali təhsil,
- Daxili satınalma sahəsində 3-5 illik analoji iş təcrübəsi,
- Tenderlər ilə işləmə, sənədləşmə, araşdırma bacarığı,
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- 1C proqram biliyi.
Vəzifə öhdəlikləri:
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Tender, satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Hesabat, təqdimat, memorandum və s. hazırlanması;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
- Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əmək haqqı: bilik və bacarığa əsasən
- Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.
Bizi buradan izləyə bilərsiniz:
Web sayt: www.bashakgroup.az
Tələblərə uyğun şəxslər CV formalarını hr@bashakgroup.az elektron poçt ünvanına, mövzu hissəsinə “Daxili satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.