Qısa məzmun
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- Satınalma sahəsində +4 illik analoji iş təcrübəsi;
- MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək komandada işləmək bacarıqları;
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı;
- 1C proqram
Vəzifə öhdəlikləri:
- Satınalma şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və standartlarına riayət etmək;
- Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək;
- Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Yaradılmış sifariş formalarının analiz edilməsi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
- Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması;
- Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
- Malların müəssisələr çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək;
- Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əmək haqqı: 1500-1800 Azn
- Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını hr@bashakgroup.az elektron poçt ünvanına, mövzu hissəsinə
“Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq göndərə bilərlər.