Qısa məzmun
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında məlumat:
Bashak Supply MMC dövlət və özəl şirkətləri ehtiyyac duyulan geniş konseptdə məhsullar ilə təchiz edən yerli şirkətdir. Əsas prinsipi keyfiyyət və çeviklik olan Bashak Supply ehtiyacınız olduqda sizinlədir. Əsas prinsipi keyfiyyət və çeviklik olan Bashak Supply ehtiyacınız olduqda sizinlədir. Qida və tibbi sahədən savayı müxtəlif məhsul və avadanlıqlar üzrə müştəriləri təchizat xidməti ilə təmin edən Bashak Supply şirkəti 2018-cu ildən Bakı şəhərində fəaliyyətə başlamışdır. Şirkətimiz çeşidli landşaf işləri, təmir-tikinti materialları, plastik qapı-pəncərə, elektrik avadanlıqları, kimyəvi təmizləyici məhsulları, müxtəlif mebel əşyalarının, işçi geyimləri və bunun kimi bir çox məhsul və materialların təchizatı ilə məşğuldur. Dövlət və özəl şirkətlərə ehtiyac duyulan hər növ məhsulu elə təchiz edirik ki, həm zamanda, həm də xərclərdə qənaət etmiş olursunuz. Xülasə olaraq: Ehtiyacınız olduqda sizinləyik.
Namizədə aid tələblər:
- Ali təhsil;
- Daxili satınalma sahəsində 3-5 illik analoji iş təcrübəsi;
- MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək komandada işləmək bacarıqları;
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı;
- 1C proqram
Vəzifə öhdəlikləri:
- Satınalma şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və standartlarına riayət etmək;
- Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək;
- Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması;
- Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
- Malların müəssisələr çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək;
- Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi;
- Departament rəhbəri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əmək haqqı: 1000-1200 Azn
- Ünvan: Bakı şəh, Ziya Bünyadov 13
Bizi buradan izləyə bilərsiniz:
Tələblərə uyğun şəxslər CV formalarını hr@bashakgroup.az elektron poçt ünvanına, mövzu hissəsinə
“Daxili satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...