Qısa məzmun
One Smart Star Azerbaijan Debitor borc üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
- İş qrafiki: I-V günlər, 09:00-18:30
- Əmək haqqı – müsahibənin nəticəsi əsasında razılaşma yolu ilə müəyyənləşdirilir
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Vəzifə öhdəlikləri:
- Debitor borcların izlənməsi və təhlili;
- Şübhəli Debitor borclarının müəyyən edilməsi;
- Avans sahiblərinin balanslarına nəzarət etmək;
- Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
- Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
- Həftədə bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
- Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsinə dəstək vermək;
- Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin borc məlumatlarının bazaya əlavə olunması;
- Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
Tələb olunan keyfiyyətlər:
- Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili (arzuolunan);
- Maliyyə, bank və ya mühasibatlıq sahəsində azı 1 illlik təcrübə (arzuolunan);
- Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, mühasibat uçotu və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
- Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
- İnternet axtarış sistemlərindən sərbəst istifadə;
- Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
- Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
- Yalnız Xanım namizəd tələb olunur;
Bacarıqlar:
- Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
- Analitik yanaşma və təhlil;
- Problem həll etmə bacarıqları;
- Vaxt idarəetmə bacarıqları;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;
Göstərilən tələblərə cavab verən yalnız xanım namizədlər Mövzu hissəsində “Debitor borc üzrə mütəxəssis” yazaraq öz CV-lərini (foto ilə) hrbaku@onesmartstar.com e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...