Namizədə olan tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro);
- Planlama qabiliyyəti
- Nəzarət qabiliyyəti
- Diqqətcillik,
- Təşkilatçılıq qabiliyyəti
- Hesablama qabiliyyəti,
- Analitik düşünmə qabiliyyəti,
- Hesabatlılıq qabiliyyəti,
- Vaxtın idarə edilməsi, ,
- Məsuliyyətlilik
- Stressə davamlılıq
- Yaş həddi-25-40
- Bəy namizəd
İş haqqında məlumat:
- Debitor və Kreditor borcların izlənməsi və təhlili
- Şübhəli Debitor və Kreditor borclarının müəyyən edilməsi
- Avans sahiblərinin balanslarına nəzarət etmək
- Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması
- Müştərilər ilə üzləşmə aktlarını hazırlamaq
- Problemli borclara dair müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək
- Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi
- Debitorların izlənilməsi və ödənişləri təmin etmək.
- Debitor borcların ödənilməsində şirkət tərəfindən təmin olunan ödəmə çeki üzrə ödənişləri qeyd etmək.Çekin bir nüsxəsinin müştəridə qalmasına diqqət etmək.
- Debitor borc ödəniş çeklərinin və digər ödəmə üzrə sənədlərin sistemləşdirilməsi.
- Sənədlərin yığılmasına və arxivləşdirilməsinə ciddi nəzarət etmək.
- Debitor və kreditor borclardan ödənilən məbləğlərin sistemdə müştərinin balansına keçirilməsinə nəzarət etmək.
- Vaxtı keçmiş kreditor borcları müəyyən edərək hesabatın hazırlanması və onların ödənilməsi üçün ödəniş planının hazırlanması;
- Qısamüddətli və uzunmüddətli (vadəli,vadəsi çatan,vadəsi keçən)müştəri borclarını izləmək və ödənişləri təmin etmək.
- Malsatan və podratçılardan alınmış avansları müəyyən etmək və onlara mal və ya xidmətlərin təqdim olunması üçün tədbirlərin vaxtında görülməsi üçün rəhbərliyə məlumat vermək;
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını və məlumat məxfiliyini təmin etmək.
- Baş vermiş nöqsanlar barəsində dərhal şöbə rəhbərinə məlumat vermək.
- Hər ay sonunda aylıq hesabatın hazırlanması və tabe olduğu şöbə rəhbərinə təqdim olunması.
- Şirkətin kommersiya sirri sayılan və şöbənin məxfi məlumatlarının qorunmasına ciddi şəkildə əməl etməlidir.
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Nahar verilir;
- Əmək haqqı -800-1000
Vakansiyaya müraciət üçün CV-ləri “Debitor kreditor borclar üzrə mütəxəssis” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...