Qısa məzmun
Zakaz.az MMC Depo müdiri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Anbarın bölmələrinə rəhbərlik edilməsi, onların fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi;
- Anbar ərazisində olan xüsusi texnika və avadanlıqların düzgün istismar edilməsinə nəzarət edilməsi;
- Anbar bölmələri üzrə işçilərin iş bölgüsünün düzgün aparılmasının təmin edilməsi, iş rejiminə və davamiyyətinə nəzarət edilməsi;
- İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək intizamını pozanlara dair dərhal müvafiq tədbirin görülməsi, təqdimat və ya müraciət ərizəsi ilə rəhbərliyin məlumatlandırılması;
- Rəflərdə olan məhsulların son istifadə tarixinə (SİT) nəzarət olunması
- Növbədə olduğu müddətdə anbar ərazisini AQTA standartlarına uyğun təmin olunmasına nəzarət etmək
- İnventarizasiya prossesində iştirak edilməsi;
- Satış prosesinin idarə olunmasına nəzarət etmək
- Yeni işə daxil olan Sifariş toplama operatorlarına təlimlərin keçirilməsi
- Sifarişlərin düzgün yığılmasını və müştəriyə çatdırılmasını təmin etmək
- Mal qalığına nəzarət etmək
- Malların qəbulunun təşkil edilməsi
- Anbar uçotunda sənədləşmənin təşkili;
- Anbar idarəetmə sisteminin optimillaşdırma prinsiplərin uyğun yenidən təşkili
Namizədə tələblər:
- Yaş həddi: 22-35
- Anbar idarəetməsində minimum 1 il (Market sahəsində olanlara üstünlük veriləcəkdir)
- Nizam-intizamlı, qrupu idarə etmək, işçilərlə münasib davranış qabiliyyəti olan
- Problem həll etmə bacarığı,yaranmış problemi cəld aradan qaldırma bacarığı (kreativlik)
İşə tez adaptasiya ola biləcək, qrupu tez bir zamanda inkişaf etdirəcək - Məsuliyyətli, dürüst və dəqiq
- Dinamik iş şərtlərinə və dəyişkən iş saatlarına uyğunlaşa bilən
İş şəraiti
- 6 günlük iş qrafiki
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
.Vakansiya ilə bağlı müraciət etmək üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Depo müdiri” yazmaqla cv@zakaz.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...