Qısa məzmun
Zeytun Pharmaceuticals MMC şirkəti Dərmanların və tibb ləvazimatların təchizatı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (tibbi təhsil üstünlükdür);
- İngilis və rus dillərində mükəmməl ünsiyyət qurmaq və yazı bacarığı;
- Dərman və tibb ləvazimatların satınalması sahəsində iş təcrübəsi;
- Ofis proqramları və 1C proqramı üzrə yüksək səviyyədə bilik;
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Araşdırma aparmaq və analizetmə qabiliyyəti;
- Satınalma üzrə vacib olan olan ümumi biliklər:
Vəzifə öhdəlikləri:
- Satınalma prosesini vaxtında prosedur və qaydalara uyğun olaraq icra etmək;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
- Dərman və tibbi ləvazimatların təchizatı ilə bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət;
- Dərman və tibbi ləvazimatların logistika məsələlərinin həllinə dəstək olmaq;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Hesabatların hazırlanması və analizi.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00;
- Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik, təcrübə və iş bacarığına əsasən müəyyən ediləcək.
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...