Digital Marketing Specialist
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PAŞA Bank ASC Digital Marketing Specialist vəzifəsi üzrə vakansiya elan edir.

İşiniz nədən ibarətdir?

  • Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərin aparılması;
  • Biznes, brend, hədəf bazar və rəqib kontekstində düzgün istinad meyarlarının müəyyən edilməsi;
  • Müvafiq seqmentlər ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının, həmçinin müxtəlif brend və məhsul kampaniyalarının hazırlanması və icrası;
  • Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin yekun təsdiqi;
  • Müvafiq marketinq tədbirlərinin idarə edilməsi və səmərəliliyinin qiymətləndirilməsi;
  • Hazırlanmış bütün marketinq fəaliyyətlərinin brend mövqeyi və təlimatlara uyğunluğunun təmin edilməsi;
  • Toplanmış məlumatlar və iradlara cavab olaraq marketinq kampaniyaları və tədbirlərinin monitorinqi və tənzimlənməsi;
  • Mümkün təkmilləşmələr üçün müştərilər, potensial müştərilər və məhsul sahibləri ilə Fokus Qrupların təşkili, təkliflərin hazırlanması və icrası;
  • Brend və məhsul təşviqi məqsədi ilə sosial reklam kampaniyalarının hazırlanması, idarəedilməsi və monitorinqi;
  • Müqavilələr, səyahət tələbləri, satınalma sifarişləri, ödəniş tələbləri də daxil olmaqla bütün inzibati, təchizat və maliyyə sənədlərinin kiçik mütəxəssis tərəfindən razılaşdırılmış müddət çərçivəsində düzgün şəkildə hazırlanması və təhvil verilməsinin təmin edilməsi;
  • Marketinq kommunikasiyası şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi, büdcə xərclərinin təsdiqlənmiş büdcə kvotası çərçivəsində olmasını təmin etmək üçün onlara nəzarət edilməsi və monitorinqi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Marketinq və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
  • İş təcrübəsi: Rəqəmsal marketinq üzrə ən az 3 il
  • Lisenziya/Sertifikat: SEO sertifikatı, Rəqəmsal Marketinq mütəxəssisi
  • Xarici dil bilikləri:  Rus və İngilis dili
  • Kompüter bilikləri: MS Office proqramları, marketinq sahəsində proqram təchizatları üzrə biliklər

Digər:

  • SEO və SEM, marketinq üzrə məlumat bazası, email, sosial media və Display ads kampaniyalarının idarəsi üzrə təcrübə;
  • İnternet səhifələrinin analitikası alətləri üzrə bilik və təcrübə;
  • Bazar təhlili yanaşmaları və alətləri haqqında biliklər;
  • Marketinq kommunikasiya strategiyaları prinsipləri və alətləri haqqında biliklər;
  • Məlumat təhlili alətləri haqqında biliklər və bu sahədə təcrübə.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Rəqəmsal marketinq üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı