Qısa məzmun
NetTech Digital Marketinq Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsinin idarə olunması;
- Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlili və təkmilləşdirmə sahələrinin müəyyən edilməsi;
- Müştəri seqmentləri və kanallarının effektivliyinin təhlil edilməsi;
- Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət olunması;
- Google, Facebook və İnstaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi və izlənilməsi;
- Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatların yaradılması;
- İstifadəçilərin artımını təmin etmək üçün yeni rəqəmsal kanalların sınaqdan keçirilməsi;
- Ən yeni SEO təcrübələrinin analizi və tətbiq edilməsi;
- A/B testinq və bənzər alətlərdən istifadə edərək müştəri seqmentləri və kanalların effektivliyinin təhlil edilməsi;
- Reklam və marketinq məhsullarının hazırlanması;
- Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq;
Namizədə tələblər:
- Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi;
- Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads; Remarketing Tools, Google Tag Manager, Google Search Console;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və yenilikçi düşünmə bacarığı;
- Analiz etmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək, Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək;
- Digital marketing sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;
İş rejimi və əmək haqqı:
- İş qrafiki: Sərbəst iş qrafiki
- Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Mövzu hissəsində “Digital Marketinq Meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...