Diler kanallarına dəstək üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Bakcell Diler kanallarına dəstək üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında

İdarə: Satış
Şöbə: Pərakəndə Satış
İş qrafiki: Standart
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 29.01.2021

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Dilerlərdən daxil olan sorğuları qeydiyyata almaq, həll etmək və müvafiq departamentlərə yönləndirmək
  • Sistem təminatı ilə bağlı sorğuları cavablandırmaq
  • Diler satış məntəqələrini ziyarət etmək
  • Həftəlik və aylıq hesabatlar hazırlamaq
  • Dilerlərlə bağlı müvafiq sənədləşmə işlərini aparmaq
  • Dilerlərə edilən müvafiq ödəniş proseslərini izləmək
  • Müvafiq bildirişlər göndərmək
  • Prosesləri təkmilləşdirmək
  • Dilerlərin bilik səviyyəsini qiymətləndirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil
  • Satış və ya Müştəri Xidmətləri sahəsində ən azı 3 il iş təcrübəsi
  • Dilerlerlə iş üzrə biznes proseslərinin idarə olunması sahəsində ən azı 3 il iş təcrübəsi mütləqdir

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Müştəri yönümlülük
  • Komanda işi və əməkdaşlıq
  • Davamlı təkmilləşmə
  • Gərgin iş şəraitində təzyiq altında işləmə bacarığı
  • Paralel olaraq müxtəlif tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili biliyi üstünlük hesab olunur
  • Microsoft Office proqramları üzrə bilik
  • Böyük Həcmli Məlumat bazaları ilə işləmə qabiliyyəti
  • Yaxşı təqdimat etmə bacarığı
  • Analitik düşüncə

Müraciət etmək üçün

CV-nizi “jobs@bakcell.com” e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda ‘’Diler kanallarına dəstək üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

700 — 800 ₼
İradların həlli üzrə inzibatçı

Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

16.01.2025 - Bakı

1000₼
Ofis meneceri

C and S Group LLC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

C and S Group LLC

23.12.2024 - Bakı

500₼
Qeydiyyatçı

Akabe İnşaat Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Akabe İnşaat

23.12.2024 - Bakı