Qısa məzmun
Gəmiqaya Turizm Qida, içki və restoranlar üzrə direktor vəzifəsi üzrə vakansiya elan edir.
Gəmiqaya turizm MMC, tərkibində və ya nəzarətində olan müəssisələrin xidmət fəaliyyətinin daimi izlənməsi üçün “Qida, içki və Restoranlar üzrə direktor” vakansiyası elan edir.Aşağıdakı göstəricilərə cavab verən, öz performansı, satışa dəstək qabiliyyəti ,quruculuq və idarəetmə qabiliyyəti olan ən yaxşı namizəd bizim hədəfimizdir. Karyerasını bizimlə qurmaq istəyən namizədlərə öz CV lərini bizə göndərməyi xahiş edirik.
İş barədə məlumat:
Qeyd: Namizəd pre-opening şərtlərinə uyğun olaraq restoranların konsepsiyalarının qurulmasını həyata keçirilməlidir. Restoranlar şəbəkəsində yüksək təcrübəsi, Restorator qabiliyyəti olmalıdır.
- Büdcə planlaşdırılması və təqibi.
- Restoranın konsepsiyasını qurmaq.
- Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsi.
- İşçi heyətinin seçimi, qurulması, təlimləndirilməsi və motivasiyası.
- İşçi heyətin idarəedilməsi, gündəlik və aylıq iş planlarının tərtib edilməsi.
- Restoran üçün yeni avadanlıqların və məhsulların sifarişi.
- Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət.
- Restoranın fasiləsiz fəaliyyətinin təşkili.
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək.
- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək.
Namizədə aid tələblər:
- Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək.
- İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilmək.
- Qeyd edilən sahədə minimum 3 il iş təcrüəsi.
- Etik davranış qaydalarına sahib olmalı.
- Diqqətli, məsuliyyətli və cəld.
- Komandada işləmək bacarığı.
- Gülərüzlü və hörmətli olmalı .
- Dinləmə mədəniyyəti.
- Xarici görünüşünə diqqət göstərməli.
- Danışıq qabiliyyəti yüksək olmalı.
- Müştəri ilə ünsiyyət qurmağı bacarmalı.
- İdaretmə qabiliyyətinə sahib olmalı.
- Xarici dil bilikləri; rus və ingilis dillərini bilməlidir.
Əlavə şərtlər:
- İş yeri- Baş ofis;
- Əmək haqqı: 2000-3000 azn namizədə uyğun olaraq təyin ounacaq(əlavə olaraq gəlirdən faiz veriləcək);
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə;
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını “ Qida, içki və Restoranlar üzrə direktor“ qeyd etməklə turizmgemigaya@gmail.com ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...