Qısa məzmun
VMF MMC şirkəti Direktor vəzifəsi üzrə vakansiya elan edir.
- Şirkətin fəaliyyəti : Brendin analizini aparmaq
- Məhsulun düzgün təhlil olunması, seçilməsi və sifarişini etmək
- Məhsulun qiymətləndirilməsi prosessini idarə etmək
- Məhsul dövriyyəsinə nəzarət etmək
- Brendin mağazalarının kurasiyası
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək;
- Şirkətin işini, habelə onun işçiləri arasında daimi qarşılıqlı əlaqələri təşkil etmək;
- Şirkətin fəaliyyətinin cari, gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
- Şirkətin Nizamnamə tələblərinin, habelə Təsisçinin bütün qərarlarının şərtsiz yerinə yetirilməsini təmin etmək;
- Şirkətin fəaliyyətinin gəlirliliyini təmin etmək;
- Müəyyən olunmuş müddətlərdə Təsisçiyə hesabatlar vermək;
- Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
- Şirkətin ticarət sirrinin saxlanılmasına riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və vəzifə səlahiyyətlərinə uyğun olaraq ticarət sirrinin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Şirkət tərəfindən vergi və rüsumların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsini təmin etmək;
- Vəzifə çərçivəsində Təsisçi tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;
- Şirkətin direktoru qüvvədə olan qanunvericiliyə müvafiq surətdə xidməti ezamiyyətlərə göndərilə bilər;
- Şirkət işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək.
- Şirkətin maliyyə fəaliyyətinin hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
Namizədə tələblər:
- Təhsil: Ali
- Analitik düşüncə qabiliyyəti
- Anoloji sahədə minimum 5 il iş təcrübəsi
- İngilis və Rus dili bilikləri
- Biznesin inkişafı sahəsində təcrübə
- Komputer bilikləri
Ə/h: müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər məktubun başlıq hissəsində “Direktor” yazmaqla elektron ünvanımıza müraciət edə bilər.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...