Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank İnzibati Strukturun direktoru vəzifəsi üzrə vakansiya elan edir. Ofis proqramları ilə işləmək bacarığı olmalıdır.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Təchizat prosesinə, kargüzarlıq və arxiv işinə aid olan qanunvericilik və qaydaları bilməli;
- Müvafiq sahə üzrə ən az 4 il iş təcrübəsi;
- Azərbaycan dili (Rus və İngilis dilini bilənlərə üstünlük verilir );
- Ofis proqramları ilə işləmək bacarığı;
- Təchizat sistemləri ilə tanışlıq və tətbiq etmə qabiliyyəti;
- Yüksək dərəcəli layihələri idarə etmə, menecment bacarıqları;
- Ayrılmış maliyyəyə qənaətetmə strategiyası haqqında biliklərə sahib olmaq;
- Təchizat və müqavilə menecmenti haqqında korprativ biliklərə sahib olmaq;
- Biznes proseslərinin yenidən qurulması ilə bağlı əvvəlki təcrübə;
- Analitik düşünmə və təhliletmə qabiliyyəti;
- Dəqiq planlaşdırma, ciddi nəzarət etmək qabiliyyəti;
İşin təsviri:
- Bankın ehtiyaclarına uyğun tenderlərin təşkil edilməsi;
- Satınalma sənədləri və müqavilələri üzrə işin təşkil edilməsi;
- Potensial yeni tədarükçülərin araşdırılması və müəyyənləşdirilməsi, mövcud və potensial müştərilər ilə əlaqələri gücləndirib, inkişaf etdirmək;
- Tədarükçü şirkətlərlə işgüzar əlaqələrin yaradılması və danışıqların aparılması.
- Tenderə, müqavilələrin idarə olunmasına, tədarükçülərin fəaliyyətinin idarə edilməsinə dəstək olmaq üçün satınalma siyasətinin və sisteminin strategiyalarının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
- Əlaqədar qanunvericilik, protokol qaydalarına əsasən iş prinsiplərini qurmaq;
- Şirkət daxili xərcləri səmərəli şəkildə idarə etmək məqsədilə standartların, siyasət və prosedurların inkişaf etdirilməsi və həyata keçirilməsi;
- Struktur bölmənin fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, İşçi heyətini idarə və motivasiya etmək, müvafiq potensiala nail olmaq üçün lazım olan dəstəyi, təlim və inkişafı təmin etmək;
- Bankda kargüzarlıq və arxiv işinin qaydalara uyğun təşkili və aparılmasına nəzarətin həyata keçirilməsi;
- Rəhbərlik üçün inzibati hesabatların hazırlanması və təqdim olunması;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnzibati Strukturun direktoru” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...