Direktor Assistenti
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Prior Leasing şirkətiDirektor Assistenti vəzifəsi üzrə vakansiya elan edir. MS Office proqramlarında işləmək bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin Baş Direktorun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək,
  • Şirkətin Baş Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək,
  • Şirkətin Baş Direktoruna lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək,
  • Şirkətin Baş Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məılumatlandırılması və s.) görmək,
  • Şirkətin Baş Direktorunun tapşırığı ilə  Şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Baş Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək,
  • Baş Direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (bakalavr),
  • İnzibati sahədə minimum 3-4 il iş təcrübəsi,
  • Əla səviyyədə rus və azərbaycan dilləri, ingilis dilini yaxşı bilmək,
  • Ofis idarəetmə sistemləri və prosedurları üzrə biliklər,
  • Mükəmməl vaxt idarəetmə bacarıqları və çoxlu tapşırıq və işi prioritetləşdirmək bacarığı,
  • Detallara diqqət və problem həll etmə bacarığı,
  • MS Office proqramlarında işləmək bacarığı.

Səlahiyyətlər:

  • Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Direktora məlumat vermək,
  • Direktor köməkçisi səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları Şirkətin işçilərindən tələb etmək,
  • Baş Direktor tərəfindən zəruri tövsiyələr almaq,
  • Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.

İş şərtləri:

  • Ünvan: Bakı, Çinar Park Biznes mərkəzi
  • İş vaxtı: 5/7,  09:30-17:30
  • Ə/h: 700-1000 AZN

Maraqlanan namizədlər mövzu yerində “Direktor assistenti” yazmaqla öz CV-lərini göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı