Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Premium Transport MMC Direktor assistenti vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə minimal 1 il iş təcrübəsi tələb olunur.
PREMİUM TRANSPORT MMC
Vəzifə : Direktor assistenti
Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Şıx qəsəbəsi, Salyan şossesi 12, Grand park II
Namizədə tələblər:
- Ali təhsil
- Direktor assistenti kimi minimum 1 il iş təcrübəsi
- Xanım namizəd
- Kompyuter bilikləri: Word, Excel, Outlook
- Xarici dil bilikləri: Rus və İngilis dili
İş öhdəlikləri:
- Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
- Qonaqların qarşılanması;
- Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
- Cəmiyyət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
- Cəmiyyət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.)
- Hesabatların hazırlanması;
- İclasların təşkil edilməsi;
- İclas protokollarının tərtib edilməsi;
- Cəmiyyət direktorunun gündəliyinin tutulması;
- Cəmiyyət direktorunun bütün tapşırıqlarının yerinə yetirməsi;
İş qrafiki:
- 5 günlük iş norması
- Nahar şirkət tərəfindən verilir.
- İş yerinə çatdırılma üçün servis mövcuddur.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“direktor assistenti” başlığı ilə) göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...