Direktor assistenti
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Vəzifə öhdəlikləri:

  • Direktorun qərarlarının hazırlanmasını, onların qəbul olunmasını və bilavasitə icraçılara çatdırılmasını təmin edir;
  • Direktorun qərarlarının icrasına nəzarət edir;
  • Direktorun tabeçiliyində olduğu işçilərin iş fəaliyyətinə nəzarət etmək, lazımı göstərişləri vermək.
  • Şöbə daxilində sənədləşmə işinin aparılmasına nəzarət edir;
  • Sənədlərin icra müddətinə nəzarət edir və Direktora məruzə edir;
  • Tabe struktur bölmələrdə kargüzarlığın aparılmasında iştirak etmək və nəzarət etmək.
  • Rəhbərlik tərəfindən təşkil olunmuş iclaslarda iştirak etmək, iclas nəticələri barəsində müvafiq protokol, akt, və s. tərtib edib, icra və nəzarətini təmin etmək.
  • İSO İMS standartına uyğun olaraq prosedurların mexanizminə təmin və nəzarət etməli.
  • Şöbələr üzrə iş proseslərinin prosedurlarının hazırlanmasında iştirak etməli və həmin prosedurların işləmə mexaniziminə nəzarət etməli.
  • Direktorun dəvət etdiyi qonaqların qarşılanması;
  • Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
  • Cəmiyyət Direktorunun iş qrafikinə uyğun iş planının (gündəliyinin) hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
  • Cəmiyyət Direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.)
  • İclasların təşkil edilməsi və iclas protokollarının tərtib edilməsi;
  • MMC-nin direktorunun verdiyi göstərişlərə və sənədlərin icrasına nəzarəti, onların vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün operativ tətbirləri həyata keçirir
  • MMC-nin direktoruna təqdim olunmuş arayış və məruzələri təhlil edir, onlar barədə səlahiyyətli rəylər verir
  • MMC-nin fəaliyyəti üçün həm dövlət, həm də kommersiya idarələri, ayrıca vətəndaşlar ilə operativ əlaqə yaradır.
  • Cəmiyyət Direktoru tərəfindən verilən və vəzifədən irəli gələn digər tapşırıqlarının yerinə yetirməsi;

Namizədə tələblər:

  •  Ali təhsil/ idarəetmə ixtisassı üzrə
  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan səlis, Rus və İngilis dili yaxşı səviyyədə
  • Proqram bilikləri: MS office proqramları yüksək səviyyədə
  • Təşkilati, analitik və idarəetmə bacarıqları

İş şərtləri:

  •  5 günlük iş qrafiki 09:00-dan 17:00-a qədər
  • Əmək haqqı: 600-700 AZN
  • İş yeri Xırdalan ərazisində yerləşir
  • Nahar Şirkət tərəfindən təmin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  hr@azmedenistehsal.az elektron ünvanına mövzu yerinə “Direktor Assistenti” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

İnsan resursları üzrə təcrübəçi (HR intern)

PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

28.03.2025 - Bakı

İnsan resursları üzrə kiçik mütəxəssis

GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

GM Construction

28.03.2025 - Bakı

İR üzrə Direktor

SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...

Supertoys

13.03.2025 - Bakı