Qısa məzmun
Business Service Centre LTD Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələr:
- Direktor və rəhbərlik üçün kompleks inzibati dəstək göstərmək.
- İşgüzar yazışmaların aparılması (rus və ingilis dillərində) tərəfdaşlarla, müştərilərlə və digər maraqlı tərəflərlə əlaqələrin qurulması.
- Görüşlərin, danışıqların və işgüzar səyahətlərin təşkil edilməsi, görüşlər üçün sənədlərin və materialların hazırlanması.
- Şirkətin daxili və xarici tərəfdaşları ilə işgüzar əlaqələrin qurulması və saxlanılması.
- Şirkətin layihələrində iştirak etmək, tapşırıqların yerinə yetirilməsini izləmək, hesabatların hazırlanması.
- Hesabatlar və təqdimatlar üçün məlumatların toplanması, analizi və hazırlanması.
- Direktorun təqviminin idarə edilməsi, görüşlərin və işgüzar tədbirlərin koordinasiyası.
- Tapşırıqların yerinə yetirilməsi vaxtına nəzarət etmək və onların həyata keçirilməsində iştirak etmək.
- İş prosesi zamanı yaranan cari məsələlərin ən yüksək effektivliklə həlli.
- Müştərilər, tərəfdaşlar və komanda üzvləri ilə telefon və video konfranslarının keçirilməsi.
Tələblər:
- Kişi cinsi.
- Rus və ingilis dillərində sərbəst yazılı və şifahi danışıq.
- Layihə idarəçiliyi sahəsində təcrübə.
- Liderlik qabiliyyətlərinin inkişaf etmiş olması, qərar vermə bacarığı.
- Çoxsaylı vəzifələri tez uyğunlaşaraq yerinə yetirmək bacarığı.
- Xarici səyahətlərə hazır olmaq.
Biz təklif edirik:
- Beynəlxalq təcrübəyə malik olan bir şirkətdə dinamik və maraqlı iş.
- Karyera yüksəlişi imkanları.
- Xarici səyahətlər və beynəlxalq mühitdə iş təcrübəsi.
- Rəqabətədavamlı əmək haqqı.(razılaşma yolu ilə)
Əgər təşəbbüsə dəyər verilən şirkətdə inkişaf etmək istəyirsinizsə, öz CV-nizi elektron poçt ünvanına göndərin
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...