Qısa məzmun
Caspian Equipment Company Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Direktor köməkçisi olaraq ən az 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Excel və Word);
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, rus dili biliyi yüksək səviyyədə, ingilis dili arzuolunandır;
- Operativ və gördüyü işə cavabdehlik.
Vəzifə öhdəlikləri:
- Əməkdaşlarla direktor arasında əlaqələndirici olaraq çıxış edilməsi;
- Direktorun təsdiqi üçün daxil olmuş sənədlərin yoxlanılması;
- Sənədlərin təsdiqə verilməsi və təsdiqlənmiş sənədlərin əməkdaşlara təqdim olunması;
- Təsdiqlənmiş sənədlərin skan edilməsi və kataloqlaşdırılması;
- Ehtiyac olduqda təchizatçıların araşdırılması və nəticənin direktora təqdim olunması;
- Tərcümə və çap işlərinin icrası;
- Direktorun görüşlərinin təşkili, izlənilməsi və ehtiyac olduqda onlayn görüş yaradılması;
- Direktorun daxili və xarici səfərlərinin planlanması, aviabiletlərin alınması və otelin bron edilməsi;
- Direktorun adından şirkətin korporativ portalında tapşırıqların yaradılması və həmin tapşırıqların icrasına nəzarət edilməsi;
- Direktorun qonaqlarının qarşılanması və yerləşdirilməsi;
- İş şəraiti və ümumi vəziyyətlə bağlı direktorun məlumatlandırılması;
- Görüşlərə hazırlığın aparılması, görüşdə toxunulacaq məsələlərlə bağlı qeydlərin aparılması;
- Ofisə daxil olan sənədlərin təhvil alınması və ya müvafiq qurumlara çatdırılmalı sənədlərin göndərilməsi;
- Şirkətin korporativ portalında direktorun göstərişi ilə məlumatların paylaşılması.
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Əmək haqqı: 554 – 637 azn;
- İş yeri: Binəqədi ray, Mədən küç 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Direktor köməkçisi” yazaraq email ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...