Qısa məzmun
Small Medium Enterprises şirkəti Direktor Köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış, mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidmətlərində 32 illik təcrübəyə malik «Small Medium Enterprises» MMC şirkəti “Dirketor köməkçisi” axtarışındadır.
- Rəhbərliyin göstərişi ilə müştərilərə zəng etmək
- Bazar araşdırması etmək və yeni müştəri bazasının formalaşdırılması
- Xarici ölkələrdə yerləşən şirkət və təşkilatlar ilə əlaqələrin genişləndirilməsi
- Rəhbərliyə mütəmadi olaraq hesabat vermək
- İş yazışmalarının aparılması (görüş hesabatları, müştərilərlə yazışmalar, iş məktubları)
- Lazımi təklif paketlərinin hazırlanması
- Şirkətlərin qeydiyyatı, müştərilər ilə görüşlərin keçirilməsi lazımı məlumatların alınması
- Migrasiya sənədlərinin hazırlanması, lazımı məlumatların alınması sənədlərin müvafiq orqanlara təqdim edilməsi
- İş qrafiki 5/2 09:00-dan 18:00-dək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: 400-500 AZN
- Karyera yüksəlişi imkanı.
Namizədə tələblər:
- Ali təhsil (Menecement)
- Dil bilikləri: Azərbaycan və Rus dili – mükəmməl, Ingilis dili –yaxşı
- Kompüter bilikləri: MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilmək
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@smeldt.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Direktor Köməkçisi” adını qeyd etməyiniz xahiş olunur.Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...