Qısa məzmun
RAM Holding Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Oxşar sahədə azı 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Excel və Word);
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, yüksək səviyyədə rus və ingilis dili biliyi;
- Operativ və məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Əməkdaşlarla baş direktor arasında əlaqələndirici olaraq çıxış edilməsi;
- Baş direktorun təsdiqi üçün daxil olmuş sənədlərin yoxlanılması;
- Sənədlərin təsdiqə verilməsi və təsdiqlənmiş sənədlərin əməkdaşlara təqdim olunması;
- Təsdiqlənmiş sənədlərin skan edilməsi və kataloqlaşdırılması;
- Ehtiyac olduqda təchizatçıların araşdırılması və nəticənin baş direktora təqdim olunması;
- Tərcümə və çap işlərinin icrası;
- Baş direktorun görüşlərinin təşkili, izlənilməsi və ehtiyac olduqda onlayn görüşlərin yaradılması;
- Əməkdaşların daxili və xarici səfərlərinin planlaması, aviabiletlərin alınması və otelin bron edilməsi;
- Baş direktorun adından şirkətin korporativ portalında tapşırıqların yaradılması və həmin tapşırıqların icrasına nəzarət edilməsi;
- Direktorun qonaqlarının qarşılanması və yerləşdirilməsi;
- İş şəraiti və ümumi vəziyyətlə bağlı direktorun məlumatlandırılması;
- Görüşlərə hazırlığın aparılması, görüşdə toxunulacaq məsələlərlə bağlı qeydlərin aparılması;
- Ofisə daxil olan sənədlərin təhvil alınması və ya müvafiq qurumlara çatdırılmalı sənədlərin göndərilməsi;
- Şirkətin korporativ portalında direktorun göstərişi ilə məlumatların paylaşılması.
İş şərtlərimiz:
- İş qrafiki : 6 gün;
- Əmək haqqı: 1200 – 1500 azn;
- İş yeri: Yasamal ray, Mirəli Seyidov küç, 28/30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Direktor köməkçisi” yazaraq hr@ram.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...