Qısa məzmun
Ə/h 300 AZN + bonus. VIP ES Group MMC Direktor köməkçisi üzrə vakansiya elan edir. Məsuliyyətli və işə dözümlü olmalıdır.
“VIP ES Group” MMC Biznes və Şəxsi inkişaf istiqamətlərində 200-dən çox xidmətlər təklif edir. Bizim xidmətlərimiz iş qurmaq istəyən və mövcud işini inkişaf etdirmək istəyənlər üçündür.
İş barədə məlumat:
- Kargüzarlığın idarə edilməsi
- Sənədləşmə işlərinin həyata keçirilməsi
- Görüşlərin təşkili
- Zənglərin və elektron məktubların cavablandırılması
- Şirkətin Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək
- Rəhbərin iş qrafikinə uyğun iş planını hazırlamaq (görüşlər, zənglər, qəbullar və s.)
- İş qrafiki-tam
- İstirahət günü-həftədə 1 gün
- İş saatları I-VI saat 9:00-dan 19:00-a qədər
Namizədə tələblər:
- Ali təhsil
- Cins: Qadın
- Müvafiq vəzifədə ən azı 1 illik iş təcrübəsi
- Şifahi və yazılı dil bilikləri: Azərbaycan (əla), Rus dili (yaxşı), İngilis dili (orta)
- Məsuliyyətli və işə dözümlü
- Konfliktli olmayan
- Yüksək səviyyədə özünü təqdim etmə və kommunikasiya bacarığı
- Kompüterdə işləmək bacarığı (Word, Excel)
- Planlaşdırma, təşkilatçılıq və öz vaxtından səmərəli istifadə etmək bacarığı
- Tapşırıqların düzgün yerinə yetirilməsi, praktiklik və inisiativ göstərmə bacarığı
- Əmək haqqı: 300 AZN + bonus
Namizədlər öz CV-lərini info@vipesgroup.com ünvanına (şəkil mütləqdir) “Direktor köməkçisi” başlığı altında göndərilməlidir. (Başlıq yazılmayan CV-lərə baxılmayacaq. Əlavə məlumat üçün e-mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...