Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Direktor köməkçisi əzifəsi üzrə vakansiya elan edir. Yüksək səviyyədə Excell biliyi olmalıdır.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Direktor köməkçisi
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 20-35
İşin Təsviri: Şirkətin direktorunun iş qrafikinə uyğun olaraq iş planının hazırlanması, korporativ yazışmaların aparılması və s.
Vəzifə öhdəlikləri:
- Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
- Şirkət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
- Şirkət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.).
- İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
- Şirkətin direktorunun gündəliyinin hazırlanması;
- Şirkət direktorunun verdiyi tapşırıqların yerinə yetirilməsi;
Tələblər:
- Yüksək səviyyədə təqdimat bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı (Xüsusilə Excel biliyinin yüksək olanlara üstünlük verilir;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Azərbaycan dili, rus dili və ingilis dili (İngilis və rus dili yüksək səviyyədə);
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Servis xidməti
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: career@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Direktor köməkçisi” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...