Direktorun inzibati məsələlər üzrə müavini
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Direktorun inzibati məsələlər üzrə müavini vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Tibb müəssisəsinin mühasibat uçotu, hesabatlılıq, maliyyə nəzarəti, insan resurslarının idarə edilməsi, əməyin mühafizəsi, təsərrüfat, təchizat, satınalma, arxiv, kargüzarlıq, mühafizə, xəstələrin qəbulu və digər inzibati funksiyaları yerinə yetirən struktur bölmələrin işinin lazımi qaydada təşkil olunmasının təmin edilməsi və onlara nəzarət;
  • Tibb müəssisəsinin büdcəsinin planlaşdırılması və icrasına nəzarət;
  • Maliyyə vəsaitlərinin vəziyyətinə, hərəkətinə və məqsədli istifadəsinə, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə, daxilolmalara və ödənişlərə, vergi və digər öhdəliklərin yerinə yetirilməsinə nəzarət;
  • Tibb işçilərinin əmək haqlarının, sabit və həvəsləndirici əlavələrinin (bonuslarının) hesablanmasına və ödənilməsinə nəzarət;
  • Tibb müəssisəsinin gəlirlərinin artırılması və hədəflərinin reallaşdırılması üçün tədbirlərin görülməsi;
  • Tibb müəssisəsinin fəaliyyətinin optimallaşdırılması, strukturunun və biznes proseslərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
  • Tabeliyində olan struktur bölmələrin fəaliyyətinə, həmçinin işçilərin vəzifələrini yerinə yetirməsinə, onların icra və əmək intizamına nəzarət; işçilərinin keyfiyyət göstəricilərinin artırılması üçün müvafiq tədbirlərin görülməsi;
  • İctimaiyyətlə əlaqələr üzrə fəaliyyətin təşkili və nəzarət;
  • Aidiyyəti üzrə yuxarı rəhbərliyin və tibb müəssisəsinin direktorunun tapşırıq, əmr və göstərişlərinin icrası;
  • Həyata keçirilən işlərin Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinə və digər normativ hüquqi aktlara uyğunluğunun təmin edilməsi.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil (iqtisadi sahədə təhsil üstünlükdür);
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (xarici dil biliyi üstünlükdür);
  • MC Office proqramlarında işləmək bacarığı;
  • Rəhbər vəzifədə 5 ildən az olmayaraq iş stajı (maliyyə sahəsi üzrə iş təcrübəsi üstünlükdür);
  • Güclü təşkilatçılıq və idarəetmə bacarıqları;
  • İntizamlılıq və nəticəyönümlülük;
  • Stressə qarşı davamlılıq;
  • Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 28.02.2022-ci il;
  • CV-lər aşağıda qeyd olunan e-mail ünvanına göndərilməlidir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “inzibati məsələlər üzrə müavin” yazaraq göndərmələri xahiş olunur;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Loyallıq üzrə mütəxəssis

AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

14.02.2025 - Bakı

İşə qəbul üzrə baş mütəxəssis

Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

13.02.2025 - Bakı

500₼
Təlim və motivasiya üzrə əməliyyatçı

AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

12.02.2025 - Bakı

İR üzrə Direktor

Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

11.02.2025 - Bakı

500₼
Операционист, в отделе Мотивации и Обучения

https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...

AzəriMed QSC

11.02.2025 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

06.02.2025 - Bakı