Qısa məzmun
Halal-P şirkəti Dispetçer (Texniki xidmət şöbəsinin operatoru) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələ öhdəlikləri:
- Sifarişlərin telefon, email, sosial media və rəsmi sayt vasitələri ilə qəbulu və qeydiyyatı
- Qeydiyyata alınmış müraciətləri aidiyyatı bölmələrə/şəxslərə yönləndirmək, prosesin gedişatını izləmək və ehtiyac olarsa, geri dönüş zənglərini etmək
- Texniki xidmət işçilərinin davamiyyətinin və iş bölgüsünün tənzimlənməsində dəstək
- Mühəndis və Texniki xidmətin digər əməkdaşlarının nəqliyyat ilə təmin edilməsində dəstək
- Müştəri şikayətlərinə baxılması, həlli və müvafiq istiqamətlərə yönləndirilməsində operativlik
- Müəssisə, mətbəə və digər təşkilatlara avadanlıqlar üçün lazım olan ehtiyyat hissələri və sərf materiallarını istehsalçıdan almaq üçün müəyyən olunmuş qaydada sifarişləri yerləşdirmək
- Texniki xidmət şöbəsinin həftəlik təqvim planı və növbə-gün tapşırıqlarına uyğun olaraq mühəndis və texniklər tərəfindən görülən işlərin gedişatını və nəticəsi barədə məlumatların qeydiyyatını aparmaq
- Texniki xidmət əməkdaşlarının fəaliyyətinin daxili nizam-intizam qaydalarına uyğun təşkil olunmasında dəstək
- Sosial media və rəsmi sayta daxil olan müraciətlərin online cavablandırılması
Tələblər:
- Çağrı mərkəzində minimum 1 il iş təcrübəsi
- Microsoft Office proqramlarını bilməli ( əsasən Excel və Outlook
- Azərbaycan və Rus dillərini səlis bilməli
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı
- Sosial media səhifələrindən istifadə üzrə biliklər
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Iş cədvəli: standart 5 günlük 9:00-dan 18.00-dək
- Əmək haqqı: 500 AZN
Bu linkə daxil olun və anket formasını doldurun. Onu da CV ilə birlikdə e-mail ünvanına göndərməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
800 — 1200 ₼
GPS üzrə mütəxəssisİceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...