Dispetçer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AVT Logistics Dispetçer vəzifəsi üzrə vakansiya elan edir. Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 17.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

  • Vəzifə: Dispetçer
    İş yeri: Bakı şəh.
    İş təcrübəsi: 2 il
    Təhsil: Ali
    Yaş həddi: 25-38

İşin Təsviri: Nəqliyyat vasitələrinin hərəkətinin planlaşdırılması və həyata keçirilməsi işinin təşkili.

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında rəhbərliyə məlumat vermək;
  • Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
  • Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
  • Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
  • Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
  • Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
  • Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
  • Optimal marşrut xətlərinin hazırlanması.

Tələblər:

  • MS Office proqramlarını bilməli;
  • Komanda ilə işləmək bacarığı;
  • Mükəmməl ünsiyyət və fəal dinləmək bacarığı;
  • Güclü təşkilatçılıq bacarığı;-
  • Avtomaşınların texniki xarakteristikasını bilməli;
  • Texnikanın istismarı normativini bilməli;
  • Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
  • Sürücülük vəsiqəsi – BC kateqoriyası.

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Təminatlar:

  • – İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
    – Nahar ilə təmin edilmə;
    – Endirimli tibb xidməti;
    – Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Dispetçer” yazıb CV göndərməklə müraciət edilir.

Oxşar vakansiya siyahısı:

600₼
Nəqliyyat operatoru

Giləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...

Giləzi

08.01.2025 - Bakı

700₼
Sürücü

Hajigabul Poultry Farm Company Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

29.12.2024 - Bakı

1040₼
MotoKuryer

“Sağlam Ailə” tibb mərkəzi “Motokuryer” vakansiyası elan edir. ...

Sağlam Ailə, Superfon

19.12.2024 - Bakı