Qısa məzmun
Kartaş LTD Dispetçer köməkçisi (xanım) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin, sürücülərin sənədlərini hazırlamaq və nəqliyyat vasitəsinin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət etmək;
- Nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında rəhbərinə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat vermək;
- Sürücülərin iş qrafikini tərtib etmək, izləmək və koordinasiya etmək.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə və iqtisadi sahədə);
- İş təcrübəsi arzuolunandır (iş öyrədiləcək);
- MS Ofis proqramlarından istifadə bacarığı;
- Analitik təhlil etmə və problem həll etmə qabiliyyəti;
- Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı.
İş şəraiti:
- İş qrafiki- 6 günlük
- İş saatı- 08:30-17:30
- Nahar müəssisə tərəfindən verilir
Əmək haqqı: 600 azn
Qeyd: İş yeri-Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşir.
Oxşar vakansiya siyahısı:
Əməliyyat üzrə baş mütəxəssis
189 TAXİ Əməliyyat üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Sürücü köməkçisiİnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...