Qısa məzmun
Ə/h 600-700 AZN. Sirab ASC Dispetçer (Nəqliyyat üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook- yaxşı işləmə bacarığı)
- Dil bilikləri: Azərbaycan dili – əla;
- Minimum 2 il iş təcrübəsi ( müvafiq sahə üzrə);
- Yol-nəqliyyat işinin təşkilini bilməli;
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
- İdarəetmə bacarıqları;
- Komanda ilə işləmə bacarığı;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
Digər tələb və üstünlük göstəriciləri:
- Mikro ERP proqramında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Daşımalar üçün optimal marşrut xətlərinin hazırlanması;
- Yüklərin müştərilərə vaxtında və qüsursuz çatdırılmasını təşkili, bunun üçün zəruri tədbirlərin görülməsi;
- Sürücülərin işinin təşkil edilməsi və onların növbə planlarına və daşımalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi;
- Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
- Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət edilməsi;
- Yol nəqliyyat hadisələri, DYP və digər cərmələr haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat verilməsi;
- Avtomobillərin təmirə dayanması ilə bağlı məlumat verilməsi və təmirə yönləndirilməsi;
- Yanacaq sərfi haqqında hesabatları hazırlaması, yanacaq kartlarının verilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət edilməsi;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
İş vaxtının norması:
- 6 günlük növbəli iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: 600- 700 AZN;
- Yemək və ya pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Nəqliyyat üzrə dispetçer” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
600₼
Nəqliyyat operatoruGiləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...