“AzInTelecom” MMC Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.
Şöbə:
Kommersiya departamenti/ Korporativ kommunikasiyalar şöbəsi/
Marketinq kommunikasiyaları sektoru
Vəzifə öhdəlikləri:
- Xarici və daxili kommunikasiyalar üçün qrafik dəstəklərin hazırlanması
- Rəqəmsal daşıyıcıların UI/UX işlərinin koordinasiyası
- Şirkətdaxili və şirkətdənkənar təqdimatların hazırlanması
- Promo məhsulların dizaynının hazırlanması
- Korporativ üslubun daima yeniləməsi və genişləndirilməsi
- Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi
- Yeni layihə üçün tələb olunarsa korporativ üslubun hazırlanması
Tələb olunan bilik və bacarıqlar:
- Əsas dizayn proqramları üzrə (CorelDraw, Adobe Illustrator, Adobe Photoshop) biliklər
- Əlavə proqram bilikləri (3d Max, Adobe InDesign, Adobe XD, Adobe AfterEffect arzu olunandır)
- Texniki/peşəkar biliklər və bacarıqlar (İşçinin işinə aid və lazım olan bilik və bacarıqların səviyyəsi və öyrənməsi)
- Rəqəmsal və çap materialları ilə peşəkar səviyyədə işləmə bacarığı
- MS Power Point ilə işləmək bacarığı
- Məsuliyyət və nəticəyə yönümlülük
- Kreativ düşüncə
- Stresədavamlılıq
Xüsusi tələb:
- Portfolio
Təhsili:
- Ali təhsil (incəsənət sahəsində ali təhsil arzuolunandır) Dil bilikləri: Azərbaycan və rus (sərbəst), ingilis dilini bilənlərə üstünlük verilir.
İş təcrübəsi:
- Qrafik dizayn işləri ilə əlaqədar ən azı 6 ay iş təcrübəsi (1 il və ya daha çox müddətə üstünlük verilir)
İş qrafiki:
- 09:00-18:00; (Bazar ertəsi – Cümə)
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Madina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...