Qısa məzmun
Baykon İnşaat Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- 25-35 Yaş arası bəylər müraciət edə bilər.
- Dizayn ixtisasından məzun olmalı
- Mebel istehsalatı sahəsində ən az 1-3 il təcrübəsi olmalı
- Xarici dil biliyi opsional
- Dizayn proqramlarını tam bilmək, renderləri etmək
- MS Office proqramlarını bilmək
- Mebel sahəsində anlayışı olmaq.
Vəzifələr:
- Müştəri istəklərini öyrənmək və istəkləri üzərindən müştəriyə eskiz və daha sonra yekun modellər göstərmək.
- Müştərinin evinin ölçülərini almaq, ölçülərə uyğun mebel çeryojlarını hazırlamaq və ölçülərə uyğun modellər göstərərək, müştəridən təsdiq almaq
- Sistemə uyğun, anbar üzrə materiallardan istifadə etmək
- Təsdiqdən sonra müştərinin sifarişinin cizgilərə uyğun təhvilinə nəzarət etmək
- Müştəri malları təslim alanadək xidmət göstərmək
- Müştərilərlə görüşlərdə iştirak etmək, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, seçim variantları təklif etmək;
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək;
- Şirkət rəhbəri və birbaşa rəhbərin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
İş şəraiti:
- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş saatı 09:00dan 18.00 dək 5 gün (Ehtiyac yaranarsa şənbə günləri layihələri bitirmək)
- Nahar Şirkət tərəfindən verilir
- İş yeri “Turkesh Dekor 2010” MMC mebel şirkətinin Koroğlu m/s yaxınlığında yerləşən mebel fabriki, fabrikdaxili ofis.
Əmək haqqı: 1100-1300 + Bonus
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...