Qısa məzmun
Tac Dekor MMC Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Dizayner
- Çinsi: Kişi və yaxud qadın.
- İş qrafiki: 09.00-18.00
- Həftə daxili İş genlərinin sayı: 5
- Əmək haqqı : 900-1200 Azn (bilik və bacarıqlardan asılı olaraq)
Əsas vəzifə öhdəlikləri :
- Şirkətin bazasında istehsal oluna bilən, istehlakçılar tərəfindən tələb olunan kreativ məhsular barədə ideyaları qenerasiya etmək.
- Kreativ ideyaların dizayn (rəqəmsal vektor) versiyasını yaratmaq.
- Kreativ ideyaların istehsala uyğunlaşmasını həyata keçirir;
- Məhsul kateqoriyaları üzrə kreativ satış kampaniyaları üçün təkliflər verir;
- Kreativ konseptlər yaradır, həyata keçirilməsini təmin edir;
- Bazarda yenilikləri izləyir və işə adaptasiyasını təmin edir;
- Məhsulların satış effektivliyi izləyir və rəhbərliyə hesabatlar təqdim edir.
Tələb olunan bilik və bacarıqlar :
- Yaradıcı və müxtəlif ölçülü hadisələr üçün ssenari/məzmun/interaktiv ideyalar yaratmaq və onları təqdimatlarda təşkil etmək bacarığı;
- Kreativ düşünmə qabiliyyəti;
- Fikirlərini yığcam və aydın ifadə etməyi, məlumatları tapıb təhlil etmək;
- Dizayn işlərindən təcrübəsi olan;
- Dizayn proqramlarda işləmək bacarığı
- Uyğun sahədə ən azı 1-3 il təcrübəsi olmalıdır. (təcrübəsi olanlara üstünlük verilir); namizəd ilə görüş zamanı portfoliosuna baxılacaq.
- Dil biliyi – Azərbaycan səlis, (rus dili və ingilis dili arzuolunandır);
- Ali təhsil;
Şəxsi keyfiyyətlərə tələblər:
- Yaradıcı
- Təşəbbüskar
- Çevik
- Məsuliyyətli
- Komandada işləmə bacarığı
Göstərilən tələblərə uyğun namizədlər “mövzu” hissəsində “Dizayner” qeyd etməklə öz CV-lərini info@tactap.az ünvanına göndərməyi xahiş olunur.
Suallar olduğu halda 050 493-22-33 nömrəli telefon vasitəsi ilə müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Qrafik Dizayner
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...