Qısa məzmun
“Azprotein Foods Group” MMC Dönərçi vəzifəsi üzrə vakansiya elan edir.
“Azprotein Foods Group” MMC Dönərçi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Yaş həddi: 30 – 50 yaş
- Staj: 3 – 5 il (sahə üzrə təcrübə mütləqdir).
- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
- Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər.
- 2 vakansiya mövcuddur.
Vəzifə öhdəlikləri:
- Verilən xammaldan keyfiyyətli dönər istehsalı üçün yarpaqlar açmaq,
- Ət məhsullarını qayda və texnologiyaya görə ayırmaq,
- Yarpaq dönər, qiymə dönər və qarışıq dönər istehsal etmək,
- Dönər ətlərini dönər şişinə səliqəli yığmaq.
Əmək haqqı: 800 – 1000 manat (əmək haqqı təcrübədən asılı olaraq müsahibə zamanı təyin olunacaqdır).
İş qrafiki: 6 günlük.
Nahar şirkət tərəfindən təmin edilir. Koroğlu metrosundan servis işləyir.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.