Qısa məzmun
Nukha Tour Ecotourism məhsul və xidmətləri üzrə satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Rəhbərliyin göstərişinə əsasən eko turların hazırlanması, mətnlərin yazılıb formalaşdırılması
- Facebook və İnstagram sosial şəbəkəsində turlar barədə məlumatın mütəmadi paylaşılması, müştərilərdən gələn sualların cavablandırılması, sponsorlu reklamların idarə edilməsi
- Korporativ müştərilərə məlumatların göndərilməsi və müvafiq yazışmalar
- Korporativ turların satışlardan sonra elektron qaimələrinin göndərilməsi, turlarla bağlı hesabatların hazırlanması
- Mağazada və sosial medya (Facebook, İnstagram, Tik-tok) üzərindən satışın həyata keçirilməsi və müvafiq paylaşımların mütəmadi olaraq edilməsi, müştərilərdən gələn sualların cavablandırılması, sponsorlu reklamların idarə edilməsi
- İş qrafiki: Həftə içi 11:00-19:00, altıncı gün 11:00-17:00.
- Əmək haqqı: Sabit maaş 400 AZN + turlardan və mağazadakı satışlardan 10%-ədək bonuslar.
- Başqa imtiyazlar: İstənilən tura ödənişsiz qoşulmaq, şəxsi istifadə üçün mağazadakı məhsulları öz dəyərinə əldə etmək və iş qrafikini qarşılıqlı razılaşdırmaqla dəyişdirmək imkanı verilir.
Namizədə tələblər:
- SMM təcrübəsinə sahib olması (postların hazırlanması və paylaşılması);
- Satış sahəsində müəyyən təcrübəsinin olması;
- Ekoturizm sahəsi ilə tanışlıq və ekoturlarda gəzinti təcrübəsi;
- Müştərilərlə ünsiyyət və satış bacarıqlarının olması;
- İngilis dili biliyinin olması üstünlükdür.
Müraciət etmək istəyənlər CV-lərini vakansiyanın adını yazmaqla göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...