Qısa məzmun
AVİS Tibbi Marketlər Şəbəkəsi Əczaçı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri :
- Dərman preparatlarının və tibbi ləvazimatların satış prosesinin həyata keçirilməsi
- Rəflər üzrə dərman preparatlarının tərkibinə uyğun şəkildə yerləşməsinə , saxlanma şəraitinə və istifadə tarixinə nəzarət edilməsi
- Müştərilərin sorğusuna doğru və ətraflı qaydada cavab verilməsi
- Filial rəhbərinin iş prosesi ilə bağlı tapşırıqlarının vaxtında yerinə yetirilməsi.
Namizədə tələblər:
- Əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili
- Kommunikasiya bacarıqlarının yüksək səviyyədə olması
- Xarici dil bilikləri (rus dili və ingilis dili üzrə danışıq səviyyəsinə bilik sahibi olan namizədlərə üstünlük verilir)
- Texniki bilikləri (ofis proqramlarında işləmə bacarığı)
- Tam iş qrafikinə uyğunlaşa bilmə və növbəli rejim tətbiq olunarsa səhər , axşam növbələrinin hər ikisində çalışa bilmə.
İstirahət günü : Həftədə 1 gün
Qeyd : Karyera üzrə iləriləmə və əməkhaqqı məbləğində artım imkanları mövcuddur
AVİS Tibbi Marketlər Şəbəkəsi qurulduğu 1998-ci ildən etibarən Azərbaycanda müasir, dünya standartlarına uyğun əczaçılıq sisteminin qurulmasında mühüm rol oynayıb. Bu sektorda dünyada və Türkiyədə baş verən innovativ yeniliklərin Azərbaycan əczaçılıq bazarına tətbiq edilməsində AVİS Tibbi Marketlər Şəbəkəsinin rolu danılmazdır. Həmçinin, fəaliyyətdə olduğu müddətdə, eyni zamanda yüzlərlə praktik cəhətdən təcrübəli əczaçı yetişdirilməsində əvəzsiz fəaliyyəti olub.
AVİS Tibbi Marketlər Şəbəkəsinin fəaliyyəti pərakəndə əczaçılıq sektorunda birbaşa müştəriyə xitab edir. Daim yüksək keyfiyyətli məhsul və xidmətlərə üstünlük verən şirkətimiz əsasən 4 istiqamətdə fəaliyyət gostərir:
- Aptek
- Tibbi market
- Optika
- Eşitmə Mərkəzi
Müraciət üçün hr@avismed.az ünvanına elanın başlığını qeyd edərək cv göndərə bilərsiniz