Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bona Dea Beynəlxalq Hospitalı Əczaçı vəzifəsi üzrə vakansiya elan edir. Rus dilində yaxşı ünsiyyət qurma bacarığı, ingilis dili arzuolunandır.
Öhdəliklər:
- Həkimlərin reseptlərini və tələbnamələrini qəbul etmək və onlara uyğun olaraq dərmanların və tibb təyinatlı məmulatların buraxılışını təmin etmək;
- Dərmanları hazırlamaq və onların keyfiyyətini nəzarət metodları ilə yoxlamaq;
- Malların qəbulunda, onların saxlanılma yerlərinə bölüşdürülməsində iştirak etmək;
- Dərman maddələrinin və tibb təyinatlı məmulatların mövcud qaydalara və onların fiziki-kimyəvi xassələrinə uyğun olaraq saxlanılmasını təmin etmək.
Tələblər:
- Ali və ya orta ixtisas təhsilli (Əczaçı)
- Azərbaycan dilində sərbəst, rus dilində yaxşı ünsiyyət qurma bacarığı, ingilis dili arzuolunandır
- Komandada işləmək qabiliyyəti
- Operativ, məsuliyyətli və dürüst olmalı
- Gördüyü işə cavabdeh olmalı
- Növbəli iş rejimində işləmək
CV-ləri Əczaçı mövzusu ilə hr@bonadea.org elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
400 — 450 ₼
Əczaçı OperatorƏ/h 400 -450 AZN . AzəriMed QSC Əczaçı Operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Həkim-radioloq
Respublika Diaqnostika Mərkəzi Həkim-radioloq vəzifəsi üzrə vakansiya elan edir. ...