Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Group Motors Ehtiyat hissələri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəliklər:
- Düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmaq, sifariş zamanı düzgün analiz aparmaq və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmaq;
- Müştəri razılığına və loyallığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməlidir, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda “ölü hissələr”i minimuma salmaq;
- Müştərilərlə əlaqə saxlanılaraq ehtiyat hissələri barədə razı olub-olmamaqlarını daima izləmək;
- Rəhbərliyin müdaxiləsi lazım olan müştəri narazılıqlarını səmərəli şəkildə aradan qaldırmaq;
- İşçilər arasında olan konfiliktləri tez bir zamanda həll etmək;
- Departamentin maliyyə durumunu analiz etmək, planlaşdırmaq və qoyulan hədəflərə nail olmaq;
- Departamentin işinin keyfiyyətinin ölçü vahidlərini (boş sərmayə, dövriyyədə olan məbləğ, maliyyə durumu və s.) yoxlamalı və lazımi tədbirlər görməli;
- Müştəri məmnuniyyətinə nail olmaq və səmərəli iş qurmaq üçün biznes proses və standartlar yaratmaq;
- Departament üzrə cari xərclərə nəzarət etməklə gəlirliliyin artmasına nail olmaq;
- Servisin daxili, zəmanət və müştəri ehtiyaclarına nəzarət edən sistemin yaradılmasında və inkişafında köməklik etmək;
- Texniki məsələləri – kleimləri, zəmanət işlərini, kompyuter sistemlərini, proses və proseduraları, ehtiyat hissələrinin saxlanma və qəbulu qaydalarını və s. daima nəzarətdə saxlamalı, yoxlamalı və təkmilləşdirməli;
- Strateji planlar hazırlamalı, tətbiq etməli və inkişaf etdirməli;
- Ehtiyat hissələri sisteminin düzgün işləməsindən və məlumatların doğruluğundan əmin olmaq;
- Ehtiyat hissələri şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək.
Namizədlərə tələblər:
- Ehtiyyat hisələri sahəsində minimum 5 il iş təcrübəsi.
- MS Office proqramlarında işləmə bacarığı;
- Ali təhsil;
- Azərbaycan və rus-dilində sərbəst danışıq və yazma bacarığı, ingilis-dilini bilənlərə üstünlük veriləcək;
- Analitik təhlil bacarığı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
- Fəal və işə planlı yanaşma.
Əmək haqqı: 3000 AZN.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Ehtiyat hissələri üzrə menecer” qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə aparıcı mütəxəssisMaple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
1200 — 1500 ₼
Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə)175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
WMS OperatorƏ/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...