Qısa məzmun
M-Trans MMC Ehtiyyat hissələri üzrə mütəxəssis – ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Ehtiyyat hissələrinin satışının təşkil edilməsi;
- Yük avtomobil ehtiyyat hissələri bazarının təhlili və müntəzəm monitorinqi;
- Ehtiyat hissələri anbarı ilə işləmək;
- Yeni müştərilərin cəlb olunması;
- Yük avtomobil ehtiyyat hissələrinin regionlardakı şirkətlərə təklifi və satışının həyata keçirilməsi;
- Müştərilərə ehtiyyat hissələrinin qiymətləri və movcudluğu haqqında məlumatların təqdim edilməsi;
- Müştərilərə texniki dəstək və məsləhətlər vermək;
- Rəhbərlik üçün hesabatların hazırlanması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
Namizədə tələblər:
- Yaş: 25 – 45;
- Ehtiyyat hissələri üzrə biliklər – mütləq tələb;
- Müvafiq sahədə 2-5 il təcrübə;
- Rus dili (sərbəst), ingilis dili (arzuolunan)
- 1C, Word, Excel proqramlarını bilməli;
- İşində ciddi və məsuliyyətli olmalı;
- Planlaşdırma və analiz bacarığı;
- Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət qurma qabiliyyəti.
İş rejimi və əmək haqqı:
- Əmək haqqı – müsahibə əsasında təyin olunacaqdır
- İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@m-trans.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ehtiyyat hissələri üzrə mütəxəssis – ekspeditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Giləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...