Qısa məzmun
PASHA Insurance Ekspertiza şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəliklər:
- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
- Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
- Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamların araşdırılaraq tənzimlənməsi;
- Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;
- Şöbə əməkdaşlarının icraatında olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
- Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərədən) əldə edilməsi;
- Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsinə nəzarət;
- Dövlət və qeyri-dövlət qurumları ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;
- Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;
- Sığorta ödənişlərinə nəzarət edilməsi və əsassız xərclərin qarşısının alınması;
- Yekun zərərin təyin edilməsi və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi;
- Müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması;
- Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;
- Şöbə əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;
- Şöbə əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;
- Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;
- Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə müvafiq sənədlərin hazırlanması və tətbiqinə nəzarət;
- Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;
- Xidməti istifadəsinə verilmiş əmlakın səliqəli istifadə olunmasına məsuliyyət daşımaq;
- Birbaşa rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
- Ali təhsil – hüquq, iqtisadi yaxud texniki;
- Dil bilikləri: Azərbaycan dilini sərbəst istifadə etmə bacarığı, İngilis və Rus dillərinin işlək səviyyədə olması (B1);
- Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
- Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi.
Təcrübə:
- Minimum 3 il iş təcrübəsi (həmçinin müştərilər ilə minimum 3 il iş təcrübəsi).
Bacarıqlar:
- Ünsiyyət qurmaq bacarığı;
- Problemlərin həlli bacarığı;
- Komanda ilə işləmək bacarığı,
- Liderlik;
- Əməkdaşları daha yaradıcı işə təlqin etmək;
- Müştərilərlə iş üsulları biliyi.
Son müraciət tarixi: 1 iyul
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...