Qısa məzmun
Ateshgah Sigorta Əlaqə mərkəzinin operatoru (gündüz növbəsi) vəzifəsi üzrə vakansiya elan edir.
«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Əlaqə mərkəzinin operatoru (gündüz növbəsi)
Namizədə tələblər:
- Yaş: 20-45
- Xanım namizədlər
- Təhsil: Ali və ya orta
- İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir
- Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
- Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
- Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;
- Müştərilərin müraciətlərinin statistikasının aparmaq
- Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək
Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurmaq bacarığı
- Yüksək nitq mədəniyyəti
- Yüksək təqdimat bacarığı
- Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
- Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
- Səlis, aydın, əmin danışıq tərzi
- Satış bacarığı, təqdimat qabiliyyəti
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş Qrafiki: dəyişkən
- Sabit əmək haqqı sınaq müdətində 350 AZN
- Sınaq müddətindən sonra 400AZN
Məlumatlandırıcı qeydlər
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
- Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Əlaqə mərkəzinin operatoru”qeyd etmələri xahiş olunur.
- Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.
Oxşar vakansiya siyahısı:
SUPERFON MotoKuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
Ven Group Operator/CallCenter vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...