Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Agro Dairy Elektrik vəzifəsi üzrə vakansiya elan edir. Diaqnostika və təmir metodlarına sahib olmalıdır.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy” MMC “Elektrik” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etməyi bacarmaq
- Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsi işini bacarmaq
- Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi işini bacarmaq
- Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması işini yerinə yetirməyi bacarmaq
- Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlamağı bacarmaq
- Xəbərdaredici elektrik cihazlarının qurulması və tənzimlənməsi işini bacarmaq
- Elektrotexnikanın əsaslarını, elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini bilmək
- Aşağı gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını bilmək
- İşıqlandırıcı armatur qurğuları, elektrik zəngləri və digər siqnalizasiya cihazlarının sazlanması və qurulması qaydasını bilmək
- Sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarını təyinatı və tətbiqi şəraitini bilmək.
Tələblər:
- xlektrik montyoru kimi işləməyə icazə verən hüquqi sənədə malik olmaq,
- xidmət göstərdiyi sahə üzrə avadanlıqalrı və onların texniki xüsusiyyətlərini bilməli,
- diaqnostika və təmir metodlarına sahib olmalıdır.
- Elektrik təhlükəsizlik tədbirlərini bilməli və elektrik şoku və digər zədələnmələr halında ilk yardım göstərə bilməlidir.
- xultimetrlə sərbəst işləmək (gərginliyi, cərəyan şiddətini, müqaviməti ölçmək).
- elektrik təhlükəsizliyi qaydalarını bilməlidir.
- kvalifikasiya qrupu 3cü qrup olmalıdır
- müvafiq sahədə iş təcrübəsi (minimum 3 il)
- orta peşə ixtisas və ya ali təhsil (mütləq)
Əlavə Məlumatlar:
- İş yeri – Hacıqabul rayonu
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@agrodairy.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik” şəklində göstərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...